Bakı Futbol Liqası nə vaxt başlayacaq?
Azərbaycanda yeni yaranmış – Bakı Futbol Liqasının (BFL) başlamasına son bir həftə qalıb.
Sportfm.az xəbər verir ki, Bakı Futbol Liqası adlı həvəskar liqa 2016-ci ildə yaradılıb. Bu liqanın digərlərindən fərqi odur ki, BFL çərçivəsində təşkil olunan yarışda komandalar oyuna 11 deyil, 8 futbolçu ilə çıxacaq.
Yarışlarda istənilən həvəskar komanda BFL-dən qeydiyyatdan keçməklə iştirak edə bilər.
2017-2018-ci il mövsümündən başlayaraq yarış həvəskarlar arasında Premyer Liqa adı altında keçiriləcək.
Qurumun saytında bildirilir ki, peşəkar komandalarda olduğu kimi, BFL liqa çempionatı, liqa kuboku və liqa superkuboku təşkil edəcək.
Liqada peşəkar oyunçular iştirak edə bilməz. Bakı Futbol Liqasının yarışlarında iştirak üçün artıq ərizələrin qəbuluna başlanıb və bir necə tanınmış şirkət, o cümlədən “AtaBank”, “Kristal R&R”, “Akkord Sement”, “RR Group” və s. Artıq qeydiyyatdan keçib.
Yarışın qalibi həvəskarlar arasında keçirilən klublararası dünya çempionatına vəsiqə qazanacaq.
Oxşar xəbərlər
Futbolun keşiyində
Premyer Liqanın II turu rəqəmlərin gözü ilə
Premyer Liqada 20-ci tur rəqəmlərin gözü ilə
Topaz Premyer Liqası: 12-ci tur rəqəmlərin gözü ilə
Həvəskarlar valideyn himayəsindən məhrum olan uşaqları unutmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" 9-1 "Şəmkir" - VİDEO
-
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Avropa Çempionatı
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası