reklam
Mikayıl Nərimanoğlu yeni işinin icrasına başladı
Sportfm.az xəbər saytı

Mikayıl Nərimanoğlu yeni işinin icrasına başladı


Xəbər verdiyimiz kimi, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərliyində dəyişiklik edilib.

2005-ci ildən bu departamentin rəhbəri kimi çalışan Mikayıl Nərimanoğlu vəzifəsindən azad edilib. Bundan sonra Federasiyanın Komitələrlə iş üzrə koordinatoru kimi fəaliyyət göstərəcək Nərimanoğlu Sportfm.az saytına açıqlamasında artıq vəzifəsinin icrasına başladığını bildirib:"Uzun müddətdir çalışdığım işdən ayrıldım. Hazırda yeni işimin icrasına başlamışam. AFFA-nın rəsmi saytında mənim yeni vəzifəyə təyinatımla bağlı məlumatın verilməməsi, komitələrdə olan dəyişikliklərin orda əks edilməməsi ilə bağlıdır". 

Qeyd edək ki, vakant posta isə müvəqqəti olaraq departamentin əməkdaşı Firuz Abdulla təyin edilib.


Oxşar xəbərlər

"Kəpəz"in Müşahidə Şurasında kim yer alsın? - Tərəflər ortaq məxrəcə gələ bilmir!
Firuz Abdulla: "Mikayıl Nərimanoğluya təşəkkür edirəm"
Mikayıl Nərimanoğlu "Kəpəz"dən getdi - RƏSMİ
"Kəpəz"in azarkeşləri sevindirəcəyinə inam ifadə edildi - FOTO
AFFA-nın baş katibi Media Komitəsinin İdarə Heyətinin üzvləri ilə görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər