reklam
Sportfm.az xəbər saytı

"Formula 1 rəhbərliyi Bakıdakı biletlərin qiymətinə təəccübləndi"


2017-ci il Bakıda baş tutmuş Formula 1 Azərbaycan Qran Prisi  üçün biletlər çox ucuz idi. Hətta Formula 1 rəhbərliyi buna təəccüblənmişdi.

Sportfm.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib.

Onun sözlərinə görə, bu il də biletlərin qiymətində endirimlər olacaq: "Biz bu il də ən azından keçən il olduğu kimi əyləncənin, sıxlığın, tamaşaçıların olduğunu gözləyirik". 

B.Özərdim qeyd edib ki, yarış vaxtı yenə də konsert və bol əyləncə proqramları olacaq: 

"İlkin mərhələdə 30 min bilet satışı planlaşdırılır, amma ehtiyac olarsa, əlavə yerlər də artırıla bilər. Amma bunun üçün imkanlar məhduddur".

O, əlavə edib ki, builki yarış apreldə keçirildiyi üçün yarış vaxtı yağış yağması istisna deyil: "Amma bu yarışa mane olmayacaq, əksinə onu daha da maraqlı edəcək".

Şirkətin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai isə bildirib ki, yarışla bağlı xərclər ilbəil azalır, gəlirlər isə artır. O, həmçinin qeyd edib ki, Formula 1-in keçirildiyi digər ölkələrin nümayəndələrinin fikrincə, Azərbaycan Formula 1-də fərqli və klassik nümunəyə çevrilə bilər.

Oxşar xəbərlər

Formula 1” üzrə Azərbaycan Qran-prisinin biletləri endirimli qiymətlərlə olacaq
Novbəti Formula 1 Azərbaycan Qran Prisi nə vaxt olacaq?
Formula-1 Azərbaycan Qran-Prisi: Bilet satışı nə yerdədi?
Formula 1 üçün bilet satışı başladı - İlkin qiymətlər və endirim fürsəti
Azərbaycan Qran-Prisində konsert olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər