reklam
Boksçularımız dünya kuboku yarışlarında çıxış edəcəklər
Sportfm.az xəbər saytı

Boksçularımız dünya kuboku yarışlarında çıxış edəcəklər


Noyabrın 22-dən 27-dək Rusiyanın Beloyarski şəhərində məşhur azərbaycanlı geoloq Fərman Salmanovun xatirəsinə həsr olunmuş neft hasil edən ölkələr arasında boks üzrə dünya kuboku yarışları keçiriləcək.

Sportfm.az xəbər verir ki, Tacikistan, Qazaxıstan, Moldova və digər ölkələr öz iştiraklarını təsdiqləyiblər. Bir neçə ölkə ilə hələ danışıqlar aparılır.

Neft hasil edən ölkələr arasında dünya kubokunun keçirildiyi yer daim dəyişir. Son iki ildə Xantı-Mansiysk və Nijnevartovskda təşkil olunan yarışı 2017-ci ildə Beloyarski qəbul edəcək. Bu şəhər adıçəkilən boks kubokuna artıq iki dəfə ev sahibliyi edib.

Şəhərin bələdiyyə başçısı Sergey Manenkov qarşıdakı turnirin kubokun tarixində ən yaxşısı olacağı fikrindədir. Dünya kubokunun ildən-ilə genişlənən coğrafiyası bunu deməyə əsas verir.

Oxşar xəbərlər

Dünya kubokunun yoxlama məşqləri keçirildi - FOTO
Boksçularımız Fərman Salmanovun xatirə turnirində 3 medal qazandı
Samboçularımız Moskvada Xarlampiyev Memorialında
Qadın güləşçilərimiz dünya kubokunda
Azərbaycanlı idmançı çıxışını anasına həsr etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər