Arda Turan Premyer Liqada:yeni klubu açıqlandı
Bir neçə gün əvvəl "Monako" ilə danışıqlar aparması ilə bağlı xəbərlər yayılan Arda Turanla bağlı daha bir informasiya yayılıb.
Sportfm.az xəbər verir ki, türk futbolçunun karyerasını İngiltərədə davam etdirəcəyi iddia olunub.
Bildirilir ki, Məsut Özil qışda "Arsenal"dan "Barselona"ya keçəcək. Kataloniya radiosu bu barədə futbolçunun meneceri Erkan Söğütə istinadən məlumat yayıb. Məlumata görə, türk əsilli futbolçu üçün "Arsenal"a 20 milyon avro ödəniləcək. 3,5 illik müqavilə imzalayacaq Məsut həftədə 450 min avro maaş alacaq.
"Arsenal" isə Özilin gedişindən sonra Ardanı heyətinə qatacaq. Bu barədə İngiltərə mediası məlumat yayıb. Bildirilir ki, Arsen Vengerin uzun müddətdi sərəncamında görmək istədiyi türk futbolçunun keçidi bu qış həll olunacaq. "Barselona"da forma şansı qazanmayan Arda özü də İngiltərə Premyer Liqasında oynamaq istəyir.
Oxşar xəbərlər
Barselona sakini Arda Turanı məhkəməyə verdi
“Qarabağ”ın rəqibi Arda Turanı istəyir
Arda Turanı istəyən yeganə klub açıqlandı
Arda Turan qışda hansı kluba keçə bilər?
Arda "Barsa"dan gedir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası