“Neftçi” Elvin Məmmədovu heyətinə qatacaq
"Neftçi"nin qış fasiləsində heyətinə qatmaq istədiyi futbolçulardan birinin adı bəlli olub.
Sportfm.az xəbər verir ki, paytaxt klubu "Qəbələ"nin yarımmüdafiəçisi Elvin Məmmədovla danışıqlara başlayıb.
Təcrübəli futbolçu "qırmızı-qaralar"ın heyətində oyun praktikası baxımından əziyyət çəkir. "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Məmmədova az şans verir. "Neftçi" də məhz bundan istifadə etmək niyyətindədi.
Bakılılar Elvinin razılığını alandan sonra "Qəbələ" ilə danışıqlara başlamağı düşünürlər. Transferin baş tutması üçün bölgə klubu "hə" deməlidi. Çünki Məmmədovun "Qəbələ" ilə gələn ilin yayına kimi müqaviləsi var.
Karyerası ərzində "Qəbələ"dən öncə "Turan Tovuz", "İnter", "Qarabağ", "Bakı" və "Zirə" klublarında da oynamış Məmmədovun adı əvvəllər də bir neçə dəfə "Neftçi" ilə birgə çəkilib.
Qeyd edək ki, "Qəbələ"nin heyətinə bu ilin yayında qoşulan Elvin Məmmədov Premyer Liqanın cari mövsümündə cəmi 6 oyunda iştirak edib və aktivinə 1 qol yazdırıb. (apasport.az)
Oxşar xəbərlər
Elvin Məmmədov "Sumqayıt"da - Transfer
Cavid Hüseynov qəsəbə komandasının şərəfini qoruyacaq - FOTO
Elvin Məmmədov özünə klub tapdı
“Qəbələ” yenə uduzdu
"Qəbələ" iki yerli futbolçu ilə gücləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası