Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rövnəq Abdullayev: "Kəpəz"də pozuntuya cəhd edilmişdi
Bayıl stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, saat 10:00-da başlayan iclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verib: UEFA-nın dəstəyi ilə tikilən yeni bazamız istifadəyə verilib. Burda yüksək şərait yaradılıb. İcraiyyə Komitəsinin iclasında son zamanlar futbol oyunlarında baş verən manipulyasiya halları ilə bağlı geniş müzakirələr aparılıb. Futbolla məşğul olan şəxslər belə oyunlarda iştirak etməməlidir. "Keşlə"nin futbolçuları ilə bağlı hadisəni hamı bilir. Sumqayıtda 2 təbii ot örtüklü stadion tikiləcək. Belə stadionlardan biri Bakıda da tikiləcək."Kəpəz"də pozuntuya cəhd edilmişdi, bunun qarşısını aldıq. Biz istəyirik ki, Region Liqasında çıxış edən komandaların biri Birinci Diviziona çıxsın, ordan bir klub isə Premyer Liqaya vəsiqə qazansın. Yeni tikilən stadionların adları kommersiya xarakterli olacaq. Futbolçu futbol oynamalıdır, meydana başqa məqsədlər üçün çıxırsa, bu artıq cinayətdir. 2018-ci ildə futbolumuzu önəmli sınaqlar gözləyir. Mən özüm mərc oyunları oynamıram, sizə də məsləhət görmürəm.
Oxşar xəbərlər
Rövnəq Abdullayev AFFA-dan gedir - AÇIQLAMA
Rövnəq Abdullayev Klublar Komitəsinin iclasında
Şamaxıda yeni stadion tikiləcək - AFFA prezidenti
AFFA prezidenti: "Bu etimadı əməli işimizlə doğruldacağımıza inanırıq"
Çempionlar Liqasının finalı Bakıda keçiriləcək? - AFFA-dan AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası