Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Roman Qriqorçuk: "Bu barədə düşünmək istəmirəm"
Sportfm.az xəbər verir ki, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Bakıda "Samtredia"nı 5:1 hesabıyla məğlub edən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Sizə elə gəlmir ki, Zenyov bu gün 3 nəfərin yerinə mübarizə aparırdı?
- Zenyov çox yaxşı oynadı. Komanda üzvlərinin hər biri kimi. Ayrı-ayrılıqda qeyd etmək istəmirəm. Komandama təşəkkür edirəm.
- "Qəbələ"dən çempionatda heç belə hücum futbolu görmürdük. Bu dəyişiklik nə ilə bağlıdı?
- Deməzdim ki, bu gün asan rəqibə qarşı oynadıq. Yaxşı oynamağımıza səbəb futbolçularımız oldu. Öz stilimizdə oynadıq. Buna görə də oyunçularımıza təşəkkür edirəm.
- Bu gün sonradan meydana buraxdığınız gəncləri səfər matçında start heyətində görə biləcəyikmi?
- Müxtəlif fərziyə irəli sürə bilərik. Hər şey ola bilər. Bizim istəyimiz gənclərimiz uğurlu olsunlar. Onlara çox güvənirəm.
- Növbəti mərhələdə hansı komanda ilə qarşılaşmaq istərdiz?
- Bu barədə düşünmək istəmirəm. Bizim işimiz oyunumuzu daha yaxşılaşdırmaqdı. Əlbəttə ki, potensial rəqiblərimizi də təhlil edirik. Çünki vaxtımız az olacaq. Amma bu gün işimiz komandanı növbəti matça hazırlamaqdı.
Oxşar xəbərlər
Roman Qriqorçuk: "Cavid Hüseynovun yenidən bizimlə olmasına şadam"
Roman Qriqorçuk: "İstənilən oyuçunun itkisi komanda üçün yaxşı hal deyil"
Roman Qriqorçuk: “Bu heç-heçə bizim üçün tarixi nəticədi”
Roman Qriqorçuk: "Hücum futbolu oynamalıyıq"
Qriqorçuk: "Lill"lə düşməklə bəxtimiz gətirdi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası