Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Buffonun ağlamasını seyr etmək çox ağır idi"...Ulduz futbolçu
Fransa millisinin əsas simalarından biri olan Pol Poqba Almaniya ilə görüş öncəsi ilk müsahibəsini verib. Sportfm.az xarici mətbuata istinadən xəbər verir ki, "Yuventus"un şərəfini qoruyan ulduz oyunçu komanda yoldaşı Canluigi Buffonu dəstklədiyini bildirib: "İtaliya və Almaniya bizim üçün çətin rəqiblər idi. Hazırda Almaniya ilə qarşılaşacağıq. Bizim hədəfimiz dəyişmir. Bu iki yığmanın matçını izləyən zaman Buffonun ağlamasını seyr etmək mənim üçün çox ağır idi. O möhtəşəm futbolçudur, İtaliya millisi üçün çox iş görüb. Ancaq onunla klubda bir yerdə daha böyük qələbələr qazanacağımıza inanıram" - deyə, Poqba bildirib. Qeyd edək ki, İtaliya millisi EURO 2016-nın 1/4 final mərhələsində əsas vaxtın 1:1 hesabı ilə başa çatdığı görüşdə Almaniya yığmasına penaltilər seriyasında 6:5 məğlub olaraq turniri tərk edib.
Oxşar xəbərlər
İtaliya millisinin AÇ-2024 üçün forması – FOTO
İspaniya millisi Millətlər Liqasının qalibi oldu
Löv: “Onları əvəz etmək çətin olacaq”
Yoahim Löv çətin durumda
“Mənim üçün əsas ləzzət almaqdır”- FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası