"Barselona" Xerard Pike ilə müqavilə müddətini uzatdı
“Barselona” klubu ispaniyalı müdafiəçi Gerar Pike ilə müqavilənin müddətini uzadıb.
Sportfm.az xəbər verir ki, bu barədə klubun açıqlamasında müqavilənin müddətinin 2022-ci il iyunun 30-dək uzadıldığı qeyd olunub. Müqaviləyə əsasən, 31 yaşlı müdafiəçinin sərbəst qalması üçün tələb olunan məbləğ 500 milyon avro müəyyən edilib.
Xatırladaq ki, 1997-ci ildə on yaşında olarkən “Barselona”nın heyətinə cəlb edilən G.Pike klubun müxtəlif yaş kateqoriyaları üzrə komandalarında forma geyib. 2004-cü ildə “Mançester Yunayted”ə keçən müdafiəçi dörd il sonra “Barselona”nın baş məşqçisi Pep Qvardiolanın istəyi ilə yenidən doğma klubuna transfer edilib.
Kataloniya təmsilçisinin heyətində 422 oyunda meydana çıxan Pike 37 dəfə fərqlənib. O, “Barselona”nın heyətində 3 dəfə UEFA Çempionlar Liqasının, 6 dəfə La Liqanın, 5 dəfə İspaniya Kubokunun, 5 dəfə İspaniya Superkubokunun, 3 dəfə UEFA Superkubokunun və 3 dəfə klublararası dünya çempionatının qalibi olub.
Oxşar xəbərlər
"Barselona" Messiyə müddətsiz müqavilə təklif etdi
Müdafiəçi istəyinə çatdı - klub sahibi oldu
Pike İspaniya millisindən getdi
Arda Turan “Başakşəhər”də - FOTO
Messi "Barselona"da qalır - 700 milyon avroya
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası