reklam
Millimiz xal hesabını artırdı -
Sportfm.az xəbər saytı

Millimiz xal hesabını artırdı -Reytinq cədvəli açıqlandı


Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. 2018-ci ilin əvvəlində keçirilən yoldaşlıq oyunları son siyahı ilə müqayisədə cüzi dəyişikliklərə səbəb olsa da, ilk “10-luq”dan sıralama dəyişməyib. 
Sportfm.az saytı xəbər verir ki, hazırda 10-cu sırada yer alan millimizin mövqeyində dəyişiklik olmasa da, xal hesabı artıb. Bakıda qonaq olan İran yığması ilə 2 yoxlama matçı keçirən komandamız qarşılaşmaların birində heç-heçə edib (3:3), digərində uduzsa da (1:4) aktivinə 2 xal əlvə edib. Millimizin hesabında artıq 1454 xal var. Bu matçlaradək yığmamızın hesabında 1452 xal var idi. 
Siyahıya isə Braziliya başçılıq edir – 1931 xal. Cənubi amerikalıları AVRO-2018-in final mərhələsində Azərbaycan yığmasının rəqibi olan İspaniya izləyir – 1878 xal. 1740 xala malik Rusiya ilk “üçlüy”ü qapayır.
Sloveniyadakı qitə çempionatında İspaniya və Azərbaycanla birgə D qrupunda çıxış edəcək Fransanın isə hesabında 1256 xal var və onlar 20-ci pillədədir.

İlk “onluq”
1. Braziliya - 1931
2. İspaniya – 1878
3. Rusiya - 1740
4. Argentina - 1683
5. İran - 1625
6. İtaliya - 1608
7. Portuqaliya - 1600
8. Ukrayna - 1500
9. Qazaxıstan - 1488
10. Azərbaycan – 1454

Oxşar xəbərlər

Futzalçılarımız yerində sayır - Reytinq cədvəli açıqlandı
Futzal yığmamız geriləyir - Reytinq cədvəli
Millimiz mövqeyini qorudu - reytinq cədvəlində 10-uncuyuq
Futzal millimiz Qazaxıstandan geri qaldı
Futzal yığmamız mövqeyini qorudu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər