"Neftçi"nin qapıçısının forması əlindən alındı -ÖZƏL, FOTO
Futzal üzrə Avropa Çempionatında iştirak edəcək yığma komandamızın heyəti açıqlanıb. Braziliyalı baş məşqçi Joze Alesio Da Silvanın İranla yoxlama oyunları ərəfəsində təlim-məşq toplanışına dəvət etdiyi oyunçulardan iki nəfər - Nihad İsmayılov və Anar Məmmədov Sloveniyaya aparılmayıb. Baş məşqçinin seçimi ilə bağlı saytımıza açıqlama verən(http://mail.sportfm.az/futzal/10903-millimizdn-knarda-qalan-oyunu-mn-ans-verilsin-kimsahb.html) Nihad İsmayılov "İtaldizain"da forma geyinir. Qapıçı Anar Məmmədov isə Yüksək Liqanın lideri və millinin baza rolunu oynayan "Araz"da çıxış edir. İranla görüşlərdə meydana çıxmaq şansı qazanmayan gənc qolkiperlə bağlı bir məqam diqqəti çəkdi. Belə ki, yığmamızın bütün üzvlərindən fərqli olaraq, Məmmədovun soyadı formasının arxasına yazılmamışdı. Hətta formanın arxasına yazılan soyadın üzərinə sarı rəngli yapışdırıcı vurulmuşdu. Sportfm.az saytının əməkdaşının araşdırması zamanı məlum olub ki, Anar Məmmədovun geyindiyi forma əslində "Neftçi"İK-nin təcrübəli "çərçivə qoruyucusu", bu dəfə millimizin düşərgəsinə cəlb edilməyən Elnur Zamanova məxsusdur. O da aydın olub ki, 10 ilə yaxındır yığmamızın şərəfini qoruyan Zamanovun forması əlindən alınaraq "Araz"ın qapıçısına verilib. Elə Məmmədovun formasının arxasında gizlədilməyə çalışılan soyad məhz Zamanov olub. İranla görüşlərdə daha bir maraqlı nüans ondan ibarət idi ki, NİKE şirkətinin istehsal etdiyi formaları daşıyan digər yığmalardan fərqli olaraq, futzalçılarımız hələ də köhnə UMBRO-larda meydana çıxır.
Oxşar xəbərlər
Vitali Borisov "Neftçi"də! - transfer baş tutacaqmı?
Daha bir futzal klubu Yüksək Liqada iştirakdan imtina etdi - ÖZƏL
Millimizdən kənarda qalan oyunçu: Mənə şans verilsin ki... MÜSAHİBƏ
Azərbaycan - İran: kim necə oynadı? - Dəyərləndirmə
Vitali Borisov və Nihad İsmayılov yenidən yığmada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin



.jpg)











Misli Premyer Liqası