Millimizdən kənarda qalan oyunçu: Mənə şans verilsin ki...MÜSAHİBƏ
Sloveniyada keçiriləcək Avropa Çempionatında iştirak edəcək futzal üzrə milli komandamızın heyəti açıqlanıb. Baş məşqçi Joze Alesio Da Silvanın etimad göstərəcəyi futzalçıların siyahısın düşərgəyə dəvət olunan, lakin sonradan adı siyahıdan çıxarılan "İtaldizain"ın üzvü Nihad İsmayılov yoxdur. Oyunçu kənarda qalması ilə bağlı Sportfm.az saytına danışıb:"Yığmanın heyətinə dəvət olunmaq mənim üçün böyük uğurdu. Millimizin şərəfini qorumaq, kapitan olmaq ən böyük arzum olub. Təbii ki, Avropa Çempionatında çıxış etmək istərdim. Özümü hazır hiss edirəm. Mənə şans verilsin ki, mən də dəyərləndirim. Baş məşqçinin seçiminə hörmətlə yanaşıram. Təbii ki, Sloveniyaya yollanmadığım üçün pis oluram. Düşünürəm ki, bir-iki ilə yığmanın ən aparıcı oyunçularından biri mən olacam".
Qeyd edək ki, yanvarın 23-ü və 24-ü İranla keçirilən yoxlama görüşlərində braziliyalı mütəxəssis Nihad İsmayılova şans verməyib.

Oxşar xəbərlər
"Neftçi"nin qapıçısının forması əlindən alındı - ÖZƏL, FOTO
Azərbaycan - İran: kim necə oynadı? - Dəyərləndirmə
Renat Sultanov: Braziliyalı yalan danışır - ÖZƏL
Azərbaycan çempionatının bombardiri: Bu sadəcə gülüncdür - MÜSAHİBƏ
Ceyran Əliyeva:"Mənə şans verilmirdi" - ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası