Region Liqasında təhqiredici sözlər, hakimi döymək və aqressiv davranış
25 fevral 2018-ci il, Region Liqasının, “Şağan” (Bakı) – “Ümid Masallı” (Bakı) matçının 36-cı dəqiqəsində “Şağan” klubunun 3 №-li futbolçusu Talıb Cabbarov təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır. Oyunun 36-cı dəqiqəsində “Şağan” klubunun 22 №-li futbolçusu Namiq Salayev aqressiv davranış, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanır.
İntizam Komitəsi “Şağan” klubunu daxili nizam-intizam qaydalarına riayət etmələri haqqında xəbərdarlıq edir. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır cəza gözləyir.
Oyunun 58-ci dəqiqəsində “Ümid Masallı” klubunun 22 №-li futbolçusu Elnur İbadov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
25 fevral 2018-ci il, Region Liqasının, “Neftçala” (Neftçala) – “Gənclik” (Sabirabad) matçının 72-ci dəqiqəsində “Gənclik” klubunun 18 №-li futbolçusu Rəsul Sadiqli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
25 fevral 2018-ci il, Region Liqasının, “Tufan” (Bakı) – “Şıxlar” (Qobustan) matçının 88-ci dəqiqəsində “Şıxlar” klubunun 4 №-li futbolçusu Mərfət Qəniyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
Oxşar xəbərlər
Hakimə qarşı təhqiredici ifadə, sonuncu ümid foulu - AFFA-nın İntizam komitəsi qərarlarını açıqladı
Futzalçı 3 oyun cəzalandı
12 yaşlı futbolçu cəzalandırıldı - Azərbaycanda
Hakimi döyən Zeynalovun cəzası məlum oldu
Azərbaycanda futzalçı hakimi təhqir etdi, 4 oyun cəzalandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası