Almaniya milli komandasının futbolçuları arasında insident baş verdi
Rusiyadakı dünya çempionatına hazırlaşan futbol üzrə Almaniya milli komandasının məşqində insident baş verib.
Sportfm.az xəbər verir ki, müdafiəçilər Yozua Kimmix və Antonio Rudiger epizodların birində kəllə-kəlləyə gəliblər. Onların arasındakı mübahisənin toqquşmaya çevrilməməsinin qarşısını məşqçilər heyətinin üzvü Miroslav Kloze alıb.
Bu, gərgin hazırlıq prosesindəki ilk insident olmayıb. Başqa bir epizodda top uğrunda mübarizə zamanı Leroy Sane Yulian Drakslerin sifətinə dirsək zərbəsi endirib. Həkim müdaxiləsindən sonra Draksler məşqi davam etdirib.
Hazırda Bundestimin məşqində 27 futbolçu iştirak edir. Baş məşqçi Yoahim Löv iyunun 4-dək 4 oyunçunu heyətdən kənarlaşdırmalı və 23 nəfərlik yekun heyəti müəyyənləşdirməlidir.
Qeyd edək ki, dünya çempionatında Almaniya millisi Meksika, İsveç və Cənubi Koreya ilə eyni qrupda yer alacaq. (report)
Oxşar xəbərlər
Almanlar Almaniyada bu heyətlə oynayacaq - SİYAHI
Almaniya millisinin Avro-2024 üçün heyəti - SİYAHI
Almanlar Dünya Çempionatına kimləri aparır?
DÇ-2018: Favorit mundial üçün ilkin heyəti açıqladı
Almaniya Bakıya hansı heyətlə gəlir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası