reklam
Ən çox izləyicisi olan klub müəyyənləşdi
Sportfm.az xəbər saytı

Ən çox izləyicisi olan klub müəyyənləşdi


Sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubu müəyyənləşib.

Sportfm.az saytı report-a istinadən xəbər verir ki, "KPMG Football Benchmark"ın araşdırmasına əsasən, İspaniya təmsilçisi "Real Madrid" ilk sıradadır. "Kral klubu"nun 214,5 milyon izləyicisi var. İkinci sırada 211,3 milyonluq göstərici ilə başqa bir İspaniya klubu - "Barselona" qərarlaşıb.

İngiltərənin "Mançester Yunayted" klubu isə siyahıda üçüncüdür. "Qırmızı şeytanlar"ı 114,9 milyon nəfər izləyir.

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldu sosial şəbəkələrdə ən çox izləyici olan futbolçudur - 318,3 milyon.

Qeyd edək ki, siyahı "Facebook", "Instagram" və "Twitter" hesabları üzrə izləyici göstəricilərinə əsasən hazırlanıb.

Oxşar xəbərlər

"Yuventus" borc batağında - Siyahı
Ronaldodan yeni rekord - 250 milyonu keçdi
"Youtube"da ən çox abunəçisi olan idman klubu - SİYAHI
Sosial mediada liderliyi əldən vermir
Ronaldu daha bir rekorda imza atdı - 150 milyondan çox izləyicisi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər