Azərbaycan cüdoçuları Hollandiyada
Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan Azərbaycan cüdoçuları Hollandiyanın Arnem şəhərində Beynəlxalq Təlim-Məşq toplanışında iştirak edir.
Sportfm.az xəbər verir ki, yığma "Papendal" milli təlim mərkəzində hazırlıq prosesi keçir.
Toplanışda Azərbaycan yığması ilə yanaşı, 37 ölkədən 500-dən çox idmançı qatılıb. Buradakı toplanış Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.
Hollandiyadakı hazırlıq prosesinə olimpiya çempionları - kosovolu Maylinda Kelmendi və sloveniyalı Tina Trstenyak, dünya çempionu - fransalı Klariss Aqbenyonu, dünya reytinqində ilk pillələrdə qərarlaşan gürcüstanlı Quram Tuşişvili və Varlam Liparteliani də qatılıb. Toplanışda Gürcüstan, Kosovo, Böyük Britaniya, Danimarka, Belçika, Sloveniya və Almaniya milliləri də iştirak edir.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda keçiriləcək.
Oxşar xəbərlər
Bakıda beynəlxalq toplanış keçirilir
Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında
Millimiz bu dəfə Almaniyada hazırlaşır
Cüdoçularımız Olimpiadaya hazırlaşır - Xorvatiyada
Millimiz təlim-məşq toplanışına başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası