Güləşçilərimizdən “Continental Cup” turnirində iki medal
Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Xasavyurt şəhərində keçirilmiş "Continental Cup" turnirində iki medal qazanıblar.
Sportfm.az xəbər verir ki, 70 kq çəki dərəcəsində Azərbaycan yığmasının iki üzvü yarımfinalda qarşılaşıblar. Gitinoməhəmməd Hacıyevə qalib gələn Ağahüseyn Mustafayev finala yüksəlib. Ancaq son görüşdə uduzan Mustafayev gümüş medalla kifayətlənib. Hacıyev isə "bürünc" əldə edib.
İkinci dərəcəli beynəlxalq hakimlər Elman İsmayılov, Vüqar Şükürov, Vaqif Zeynallı və Kamran Əliyev, eləcə də III dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev turnirdə ədaləti qoruyub.
Qeyd edək ki, "Continental Cup" turnirində məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Azərbaycanı 15 güləşçi təmsil edib.
Oxşar xəbərlər
Beynəlxalq turnirdə 10 medal
Hacıyev Qitələrarası Kubokda bürünc medal qazandı
Azərbaycanın 12 güləşçisi Qitələrarası Kubokda iştirak edəcək
Azərbaycan güləşçiləri “Continental Cup” turnirində iki medal qazandı
Güləşçilərimiz “Continental Cup” turnirində iştirak edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası