Cavid Çələbiyev finala vəsiqə qazana biləcəkmi?
Kişi boksçular arasında Azərbaycan çempionatında dörddəbir final mərhələsinin görüşləri yekunlaşıb.
Sportfm.az xəbər verir ki, yarışın dördüncü günündə 18 döyüş baş tutub. Gün ərzində beş çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib. Dörddəbir final görüşlərində qələbə qazanan boksçular özləri üçün ən azı bürünc medalı təmin ediblər.
Yığmamızın aparıcı boksçularından Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Kamran Şahsuvarlı (75 kq) və Rauf Rəhimov (81 kq) da final üçün döyüşmək hüququ qazanıblar.
Çempionatın yarımfinal mərhələsinə noyabrın 30-da saat 14:00-da start veriləcək.
Dekabrın 1-də isə final görüşləri keçiriləcək.
Azərbaycan çempionatında 28 komandadan 138 idmançı mübarizəyə qoşulub.
Oxşar xəbərlər
Boksçularımız yarımfinala vəsiqə qazandı - MDB Oyunları
Çələbiyev Londonda irəliləyir
Çələbiyev "Neftçi"nin idmançısını döyərək yarımfinala adladı
Azərbaycanın iki boksçusu yarımfinala yüksəldi
Gənc boksçularımız Avropa çempionatının yarımfinalına yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası