reklam
Sportfm.az xəbər saytı

"AFFA ilə danışıqlar bir neçə günə yekunlaşacaq" -Nikola Yurçeviç


"Hələ ki, heç nə deyə bilmərəm. Danışıqlarımız hələ bitməyib".

Sportfm.az saytı report-a istinadən bildirir ki, bunu Azərbaycan millisinin baş məşqçi postuna namizəd olan Nikola Yurçeviç deyib.

Xorvatiyalı mütəxəssis digər sualları da cavablandırıb...

Azərbaycan yığmasında AVRO-2020-yə yüksələcək potensial görürsünüz?

- Hələlik heç nə deyə bilmərəm. Bizim danışıqlar hələ ki, davam edir. Danışıqlar bitəndən sonra bu barədə danışmaq olar.

Danışıqlar nə zaman bitəcək?

- Yəqin ki, bir neçə gün ərzində danışıqlar yekunlaşacaq.

Bu gün meydanda Azərbaycan milli komandasının bir çox üzvü çıxış edirdi. Həmin oyunçularla hansı nəticəni əldə etmək olar?

- Bəzi oyunçuları bundan əvvəl də tanıyırdım və oyunlarını izləmişəm. Fikrimcə, oyunçuların bacarıqları və keyfiyyətləri yetərincədir.

Oxşar xəbərlər

Ukraynalı baş məşqçi təsdiqlədi - "Sumqayıt"la danışıqlar aparır
"Heç bir klubdan rəsmi transfer təklifi gəlməyib" - Mahir Emreli
"Əlavə sponsorlara danışıqlar aparırıq" - "Qəbələ"nin prezidenti
AFFA təsdiq etdi - Roy Kinlə danışıqlar aparırıq
Şeydayevin klubu Mirça Luçesku ilə danışıqlar aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər