reklam
Yanacaqdoldurma məntəqəsində işləyən futbolçumuz
Sportfm.az xəbər saytı

Yanacaqdoldurma məntəqəsində işləyən futbolçumuz "Ulduzlar finalı"nda


Avropa Liqasının final matçı ilə əlaqədar Bakıda "ulduzlar finalı" təşkil olunacaq.

Sportfm.az xəbər verir ki, Eydur Qudyonssen, Deko, Nihat Kahveci, İrji Dudek, Revaz Arveladze, Mikael Essyen, Arşavin kimi ulduzlar yerli futbol veteranlarımızdan Vəli Qasımov, Nazim Süleymanovun da olduğu komanda ilə qarşılaşacaq.

Hər komandada 5 oyunçu meydana çıxacaq, 1 oyunçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək.

Veteran futbolçularla yanaşı, yerli komandanın heyətinə 2 oyunçu azarkeşlər arasından müsabiqə yolu ilə seçiləcək. Avroliqanın finalına həsr olunmuş "İntellektual Kubok"un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov "böyük oyun"da media nümayəndələrini təmsil edəcək. "Ulduzlar finalı"nda qapımızı Region Liqasında çıxış edən "Füzuli" komandasının qolkiperi, İmişlidə yanacaq doldurma məntəqəsində çalışan Şöhlət Rəhimov qoruyacaq. Şöhlət ötən il Region Liqasında mövsümün ən yaxşı qapıçısı seçilib.

Martın 3-dəki qarşılaşma öncədən nəzərdə tutulduğu kimi 12:30-da başlamayacaq.Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında təşkil olunacaq möhtəşəm oyun 11:00-da start götürəcək.

Oxşar xəbərlər

Ulduz futbolçular Bakıda avtoqraf payladı - FOTO
Ölkə prezidenti İlham Əliyev ulduz futbolçularla görüşdü - FOTO
Prezident İlham Əliyev "Ulduzlar Finalı"nda - FOTO
Arşavin Bakıya gələcək - FOTO
Bakıya gələcək ulduz futbolçuların adları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər