reklam
Arşavin Bakıya gələcək -
Sportfm.az xəbər saytı

Arşavin Bakıya gələcək -FOTO


Avropa Liqasının final matçı ilə əlaqədar tədbirdə iştirak etmək üçün Bakıya gələcək növbəti məşhur futbolçunun adı müəyyənləşib.

Sportfm.az xəbər verir ki, Rusiya milli komandasının və İngiltərə "Arsenal"ının sabiq hücumçusu Andrey Arşavin də martın 3-də "Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşmada iştirak edəcək.

Daha öncə Eydur Qudyonssen, Deko, Nihat Kahveci, İrji Dudek, Revaz Arveladze və Mikael Essyen kimi ulduzların Azərbaycan paytaxtına səfər edəcəyi dəqiqləşib. Vəli Qasımov və Nazim Süleymanov da həmin oyunun iştirakçısı olacaq.

Bundan əlavə, həmin matçda Region Liqasında "Füzuli" komandasında çıxış edən qapıçı Şöhlət Rəhimov da olacaq. O, ötən mövsüm həmin liqada ən yaxşı qolkiper adına layiq görülüb.

Qeyd edək ki, final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Andrey Arşavin karyerasını 2018-ci ilin noyabrında Qazaxıstanın "Kayrat" komandasında başa vurub.

 

Oxşar xəbərlər

Arşavin ən yaxşı rusiyalı futbolçu seçildi
Ölkə prezidenti İlham Əliyev ulduz futbolçularla görüşdü - FOTO
Prezident İlham Əliyev "Ulduzlar Finalı"nda - FOTO
Yanacaqdoldurma məntəqəsində işləyən futbolçumuz "Ulduzlar finalı"nda
Bakıya gələcək ulduz futbolçuların adları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər