reklam
Bakıya gələcək ulduz futbolçuların adları açıqlandı
Sportfm.az xəbər saytı

Bakıya gələcək ulduz futbolçuların adları açıqlandı


Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya gələcək növbəti məşhur futbolçuların adları açıqlanıb.

Sportfm.az xəbər verir ki, yaxın vaxtlarda Eydur Qudyonssen, Deko, İrji Dudek, Revaz Arveladze və Mikael Essyen kimi ulduzlar Azərbaycan paytaxtına səfər edəcəklər.

Onlar yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanov və digər futbol ulduzları ilə birgə futbol oynayacaqlar. Martın 3-də keçiriləcək “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma saat 12:30-da başlanacaq.   

Hər komandada 5 oyunçu meydana çıxacaq, 1 oyunçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək. Bundan əlavə, Avroliqanın finalına həsr olunmuş “İntellektual Kubok”un qalibi İTV komandasının kapitanı Tural Dadaşov “böyük oyun”da media nümayəndələrini təmsil edəcək.

Qeyd edək ki, final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

Oxşar xəbərlər

Ulduz futbolçular Bakıda avtoqraf payladı - FOTO
Ölkə prezidenti İlham Əliyev ulduz futbolçularla görüşdü - FOTO
Prezident İlham Əliyev "Ulduzlar Finalı"nda - FOTO
Yanacaqdoldurma məntəqəsində işləyən futbolçumuz "Ulduzlar finalı"nda
Arşavin Bakıya gələcək - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər