reklam
Prezident İlham Əliyev
Sportfm.az xəbər saytı

Prezident İlham Əliyev "Ulduzlar Finalı"nda -FOTO


Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində martın 3-də paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilib.

Sportfm.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, qızı Leyla Əliyeva qarşılaşmaya baxıblar.

“Bakı 2019: Ulduzlar Finalı”nda “Qərb Ulduzları” və “Şərq Ulduzları” komandaları qarşılaşıblar.

Oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Vəli Qasımov, Nazim Süleymanov iştirak ediblər. Bundan başqa, Regionlar Liqasından Şöhrət Rəhimov, müsabiqə əsasında seçilmiş gənc futbolçular Zaman Zahirzadə, Məhəmməd Tanrıverdiyev və “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov da oyunda iştirak ediblər.

Əvvəlcə Prezident İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşdü.

UEFA Avropa Liqasının kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edildi.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra oyun başladı.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Qərb Ulduzları” komandasının 11:10 hesablı qələbəsi ilə başa çatdı.

Sonra Prezident İlham Əliyev oyunu izləyən azarkeşlər və uşaqlarla görüşdü, xatirə şəkilləri çəkdirdi. (AZƏRTAC)

Oxşar xəbərlər

Ulduz futbolçular Bakıda avtoqraf payladı - FOTO
Ölkə prezidenti İlham Əliyev ulduz futbolçularla görüşdü - FOTO
Yanacaqdoldurma məntəqəsində işləyən futbolçumuz "Ulduzlar finalı"nda
Bakıya gələcək ulduz futbolçuların adları açıqlandı
Prezident İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər