reklam
Zidan Qvardiolanın rekordunu yenilədi
Sportfm.az xəbər saytı

Zidan Qvardiolanın rekordunu yenilədi


İspaniya La Liqasının IV turunda "Espanyol”un qonağı olan "Real” (2:0) qələbə qazanaraq, ardıcıl 16-cı qalibiyyətini əldə edib. Sportfm.az xəbər verir ki, "kral klubu” bu nəticə ilə yeni rekorda bir addım da yaxınlaşıb. Belə ki, baş məşqçi Zinəddin Zidan komandanın "sükanı arxası”nda La Liqada qazandığı ardıcıl 16 qələbə sayəsində Pep Qvardiolaya məxsus rekordu təkrarlayıb. Hazırda "Mançester Siti”ni çalışdıran Qvardiola "Barselona”da olarkən 2010-11 mövsümündə ardıcıl 16 qələbəyə sevinmişdi. Sentyabrın 21-də madridlilər "Vilyarreal” üzərində qələbə qazanarsa, yeni rekorda imza atacaq.
 
Qeyd edək ki, "Real” çempionatın ilk 4 turunda olduğu kimi, ötən mövsüm də son 12 turda xal itirməmişdi.

Oxşar xəbərlər

Messi Xavinin rekordunu təkrarladı
Zidan üçün əlamətdar qələbə - 100-cü oldu
Zidan Madrid klubunun tarixinə düşdü
"Tottenhem"dən yeni rekord
Yenə onlar, yenə rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər