Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Zabit Səmədov Fyodr Yemelyanenkoya qarşı!
Azərbaycanlı idmançı Zabit Səmədov oktyabrın 4-də Qroznıda keçirilən MMA turnirində uşaq döyüşlərinin keçirilməsini qınayan Fyodr Yemelyanenkonun şərhinə fikir bildirib. Sportfm.az xəbər verir ki, Zabit Səmədov "Instagram” sosial şəbəkəsində Qroznıda müxtəlif turnirlərin keçirilməsinin təşəbbüskarı olan Çeçenistan pezidenti Ramzan Kadırovun müdafiəsinə qalxıb.
"Dostlar! Mənim üçün Rusiya MMA İttifaqının prezidenti Fyodr Yemelyanenkonun "GRAND-PRIX AKHMAT 2016”-da uşaq döyüşlərinə dair qınağı anlaşılmazdır. Heç kim üçün sirr deyil ki, döyüş sənətinin fəlsəfəsi həyat prinsiplərinin və iradənin formalaşmasına yönəlib. Uşaqlar üçün bu idman ruhunda tərbiyəyə yaxşı imkandır. Yemelyanenko bunu bilmir və bizim Qafqaz uşaqlarından danışdığımızı nəzərə almır. Burada kişilər məhz belə boya-başa çatır. Taylandda, məsələn, uşaqlar "Muay-tayı” 5 yaşından öyrənirlər. Mən idmanla 9 yaşımdan məşğul olmağa başlamışam, 10 yaşımdan isə artıq yarışlarda iştirak edirəm. Bugünkü uğurlarım uşaqlıqdan çəkdiyim əməyin nəticəsidir”.
Fedor Yemelyanenkonun bəyanatından sonra, rusiyalı idmançılar və rəsmi simalar iki düşərgəyə ayrılıblar: Fyoduru dəstəkləyən və onu qınayanlar. Çeçenistanın qarışıq döyüş növləri üzrə idmançıları Yemelyanenkonu "xoruz” adlandırıblar.
Qeyd edək ki, son turnirdə Çeçenistanın birinci prezidenti, Rusiya qəhrəmanı Əhməd-Hacı Kadırovun nəvələri Əhməd, Əli və Adəm iştirak edirdilər.
Oxşar xəbərlər
Zabit Səmədov muay-tay çempionuna qalib gəldi - VİDEO
Səmədov sabah növbəti rəqibi ilə görüşəcək
Səmədov muay-tay çempionu Bris Quidon ilə döyüşəcək
Prezident İlham Əliyev Zabit Səmədovla görüşüb - VİDEO
Zabit Səmədovun rəqibi onu döyüşdən əvvəl vurmaq istədi - ÖZƏL VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası