reklam
Futbolçunun oyun zamanı ayağı qırıldı -
Sportfm.az xəbər saytı

Futbolçunun oyun zamanı ayağı qırıldı -VİDEO


Braziliyanın "Flamenqo" klubunun yarımmüdafiəçisi Dieqo Ribas ciddi zədə alıb.

Sportfm.az xəbər verir ki, 34 yaşlı futbolçunun Kopa Libertadoresin "Emelek"lə (Ekvador) keçirilən matçda ayağı qırılıb. Təcrübəli futbolçu 70-ci dəqiqədə ikili mübarizə zamanı ağır xəsarət alıb.

"Flamenqo"nun baş məşqçisi Marsio Tannure oyunçunun dərhal əməliyyat ediləcəyini deyib. 

Dieqo ən azı bir mövsüm futbol oynamayacaq. Onun karyerasını başa vuracağı ehtimalı var.

"Santos"un yetirməsi "Portu", "Verder", "Yuventus", "Volfsburq", "Atletiko" (Madrid) və "Fənərbaxça" kimi klublarda çıxış edib. Dieqo Ribas 34 dəfə Braziliya millisində oyuna çıxıb və 4 qol vurub.

Oxşar xəbərlər

"Qarabağ"ın legioneri 6 ay oynamayacaq - Zədə
Dieqo Maradona əməliyyat olundu - "Hər şey normal və fəsadsız başa çatdı"
"Real" 18 yaşlı futbolçu transfer etdi - 30 milyona
Məşq prosesində futbolçunun ayağı qırıldı
Qurbanovun millidə ayağı sındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər