reklam
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub etdi
Sportfm.az xəbər saytı

Azərbaycan şahmatçısı erməni rəqibini məğlub etdi


Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin səkkizinci turunun oyunları yekunlaşıb.

Sportfm.az xəbər verir ki, azərbaycanlı şahmatçı Vasif Durarbəyli Ermənistan təmsilçisi Elina Danielyanı məğlub edib. Bununla da o, aktivinə bir xal yazdırıb.

Azərbaycan komandasının digər üzvləri Rauf Məmmədov hindistanlı Vidit Santoş Gujrathi, Nicat Abbasov Pavel Eljanov (Ukrayna), Eltac Səfərli isə Ferenc Berkeslə (Macarıstan) heç-heçə ediblər.

Qeyd edək ki, səkkiz turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 4,5, E.Səfərli və V.Durarbəyli isə 4 xal qazanıblar. Yarış oktyabrın 21-dək davam edəcək.

Oxşar xəbərlər

Süleymanlı xorvata uduzdu - “Grand Swiss”
Rauf Mendə məğlub oldu
“FIDE Grand Swiss 2019”-un oyunları keçiriləcək
Şahmatçılarımızdan 1 qələbə, 1 məğlubiyyət, 2 heç-heçə
Şahmatçılarımız “FIDE Grand Swiss 2019”-da mübarizə aparacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər