reklam
Şahmatçılarımızdan 1 qələbə, 1 məğlubiyyət, 2 heç-heçə
Sportfm.az xəbər saytı

Şahmatçılarımızdan 1 qələbə, 1 məğlubiyyət, 2 heç-heçə


Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin ikinci turunun oyunları başa çatıb.

Sportfm.az xəbər verir ki, şahmatçılarımızdan yalnız Eltac Səfərli ikinci turu qələbə ilə başa vurub. O, israilli Maksim Rodşteinə qalib gəlib. Digər iki şahmatçımız - Nicat Abbasov ermənistanlı Levon Aronyan, Vasif Durarbəyli vyetnamlı Quang Liem Le ilə “sülh” bağlayıblar. Rauf Məmmədov isə çinli rəqibi Hao Vanqa məğlub olub.

Qeyd edək ki, iddiaçılar turnirinə vəsiqə qazandıracaq yarışın mükafat fondu 432 min 500 dollardır. On bir turdan ibarət turnir oktyabrın 21-dək davam edəcək.

Oxşar xəbərlər

Rauf Mendə məğlub oldu
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub etdi
“FIDE Grand Swiss 2019”-un oyunları keçiriləcək
Şahmatçılarımız “FIDE Grand Swiss 2019”-da mübarizə aparacaqlar
“Grand Swiss 2019” turnirinin keçiriləcəyi tarix açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər