reklam
Kikboksçularımız dünya çempionatında fərqləndilər
Sportfm.az xəbər saytı

Kikboksçularımız dünya çempionatında fərqləndilər


Macarıstanın paytaxtı Budapeştdə kikboksinqin WAKO versiyası üzrə keçirilən dünya çempionatı yığma komandamız üçün uğurlu olub.

Sportfm.az xəbər verir ki, 64 ölkədən 800-dən çox idmançının qatıldığı yarışda Azərbaycan komandası 15 kikboksçu ilə təmsil olunub. Yığma komandamızın tərkibində “Neftçi İdman Klubu” dörd idmançı ilə iştirak edib.

Turnirdə 54 kiloqram çəkidə fu-kontakt və lou-kik versiyasında çıxış edən klubun yetirmələri Camal Məmmədov və Çingiz Əhmədov dünya çempionatının bürünc medalına sahib olublar.

Çempionatda klubun məşqçi müəllimi, yarışın ədalət təmsilçisi kimi iştirak edən Elnur Alıyev “Ən yaxşı hakim” seçilərək "A+” kateqoriyasına layiq görülüb.

Qarşıda kikboksçularımızı daha bir mühüm sınaq gözləyir. İdmançılarımız dekabrda Kiyevdə qitə çempionatında yenidən güclərini sınayacaqlar.

Oxşar xəbərlər

Atletlərimizdən 1 qızıl və 3 gümüş medal - Dünya çempionatı
Dünya çempionatında Azərbaycanı 12 idmançı təmsil edəcək
“Təhsil”in yetirmələri beynəlxalq turnirdə medallar qazandı - FOTO
İdman adına rəzalət: Saxta dünya çempionları peyda olub
Sumqayıtdakı K-1 beynəlxalq turnirinə yekun vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər