Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Milli komandamız UEFA-nın reytinqində bir pillə gerilədi
Milli komandaların UEFA reytinqi açıqlanıb. Sportfm.az xəbər verir ki, son 3 böyük yarışın nəticələrinə əsasən tərtib olunan siyahıda Avropanın 55 yığması yer alıb. DÇ-2014 və AÇ-2016-nın həm seçmə, həm final mərhələlərini, həmçinin DÇ-2018-in arxada qalan seçmə oyunlarını özündə əks etdirən cədvəldə ötən ayla müqayisədə ciddi dəyişikliklər olub. Bu, Azərbaycan yığmasından da yan ötməyib.
DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzan yığmamızın xal hesabı 16 min 701-ə qədər azalıb. Bu matçadək 16 min 871 xalı olan millimiz 164 xal itirib.
Bu xal itkisi Robert Prosineçkinin yetirmələrinin 39-cu yerə enməsi ilə nəticələnib. Komandamız 38-ci pilləni Kiprə təhvil verib. Cədvəlin lideri Almaniya mövqeyini qorusa da, ilk "üçlük”də qərarlaşan Fransa ilə Belçika yerlərini dəyişib.
Millimizin seçmə qrupundakı rəqiblərdən Almaniya 1-ci, San-Marino 54-cü yerdə qalıbsa, hərəyə 1 pillə irəliləyən Çexiya 23-cü, Şimali İrlandiya 26-cı olub. Norveç isə 32-ci yerə enib.
Oxşar xəbərlər
Millimiz 4 pillə gerilədi
Yığmamız Norveçə yaxınlaşdı
Millimiz mövqeyini qorudu
Millimiz FİFA reytinqində 2 pillə gerilədi
UEFA reytinqi açıqlandı: Yığmamız Belarusu qabaqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Üç boksçumuz 1/4, dördü 1/2 finala yüksəldi - Avropa çempionatı
-
Ayxan Abbasov U-16 millisinin üzvləri ilə görüşdü
-
"Sabah" - "Borussiya" 1:2 - VİDEO
-
Cüdoçular qran-pri turnirində iştirak edəcək
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
PSJ “Barselona”ya qalib gəldi, “Fənərbaxça” “Slaviya” ilə bərabərə qaldı - Çempionlar Liqası















Misli Premyer Liqası