Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamız Norveçə yaxınlaşdı
Milli komandaların FİFA reytinqi açıqlanıb. Martda keçirilən DÇ-2018-in seçmə və yoxlama oyunlarının nəticələrinin də əksini tapdığı siyahıda bir sıra dəyişikliklər baş verib.
Sportfm.az xəbər verir ki, ötən ay açıqlanan siyahı ilə müqayisədə qeydə alınan yerdəyişmələr Azərbaycan millisindən də yan ötməyib. Martın 9-da yoldaşlıq oyununda Qətəri 2:1 hesabı ilə yenib, 26-da Almaniya ilə seçmə matçında 1:4 uduzan yığmamız xal hesabını 380-dən 386-ya çatdırıb.
Bu da Robert Prosineçkinin yetirmələrinin mövqeyində əksini tapıb. Komandamız 89-cu yerdən 87-ci pilləyə qalxıb. Millimiz 4 komandanı - Qətər, Qvatemala, Qvineya-Bissau, Sent-Kitts və Nevis yığmalarını arxada qoyub. Amma Suriya (95-ci yerdən 80-ci pilləyə) və Boliviyanın (97-ci yerdən 74-cü pilləyə) sıçrayışla bizi də keçməsi cəmi 2 pillə irəliləməyimizlə nəticələnib.
84 (78). Konqo – 392
84 (87). Qabon – 392
86 (81). Norveç – 387
87 (89). Azərbaycan – 386
88 (98). Svazilend - 378
89 (84). Qətər – 369
Oxşar xəbərlər
Yığmamız medal siyahısında 4-cü pilləyə yüksəldi
Millimiz 4 pillə gerilədi
Millimiz mövqeyini qorudu
Millimiz FİFA reytinqində 2 pillə gerilədi
Milli komandamız UEFA-nın reytinqində bir pillə gerilədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








.jpg)






Misli Premyer Liqası