reklam
Millimiz FİFA reytinqində 2 pillə gerilədi
Sportfm.az xəbər saytı

Millimiz FİFA reytinqində 2 pillə gerilədi


FİFA yeni reytinq cədvəlini açıqlayıb. Sportfm.az xəbər verir ki, sonuncu dəfə oktyabrın 20-də açıqlanan siyahıda son 35 gündə baş tutan qarşılaşmaların nəticələri əksini tapıb. Keçirilən matçlar siyahıda bir sıra dəyişiklərə səbəb olub. Bu, Azərbaycan millisindən də yan ötməyib. Belə ki, DÇ-2018-in seçmə mərhələsinin IV turunda Şimali İrlandiya ilə görüşən yığmamız səfər məğlubiyyətinin acısını yaşayıb. Noyabrın 11-də Belfastda 0:4 hesabı ilə uduzan Robert Prosineçkinin yetirmələri həm xal, həm də mövqe baxımından geri düşüb.
Son reytinq siyahısında 404 xalı olan millimiz 18 xal itirdikdən sonra bu rəqəm 386-ya enib. Komandamız 88-ci pilləni də əldən verərək, 2 addımlıq eniş edib. 
Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə qalsa da, Almaniya 2-ci sıranı əldən verib. Nəticədə Braziliya 2-ci yerə yüksəlib. Bundan başqa, Çili 2 addım irəliləyibsə, Belçika və Kolumbiya 1 addım geriləyib.
İlk "onluq”
1 (1). Argentina - 1634
2 (3). Braziliya - 1544
3 (2). Almaniya - 1433
4 (6). Çili - 1404
5 (4). Belçika - 1368
6 (5). Kolumbiya - 1345
7 (7). Fransa - 1305
8 (8). Portuqaliya - 1229
9 (9). Uruqvay - 1187
10 (10). İspaniya - 1166

Oxşar xəbərlər

Millimiz 8 pillə gerilədi - FIFA reytinqi
Millimiz 4 pillə gerilədi
Millimiz 3 qələbəylə 4 xal qazandı
Yığmamız Norveçə yaxınlaşdı
Milli komandamız UEFA-nın reytinqində bir pillə gerilədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər