reklam
Futbol federasiyasından ağlasığmaz qərar -
Sportfm.az xəbər saytı

Futbol federasiyasından ağlasığmaz qərar -Azarkeşlər stadiona buraxılacaq


İtaliyada iyulun əvvəlindən etibarən azarkeşlərin stadiona girişinə icazə veriləcək.

Sportfm.az xəbər verir ki, bu barədə futbol federasiyasının prezidenti Qabriele Qravina "Deejay" radiosuna müsahibəsində deyib.

Funksioner bildirib ki, ölkə futbolunun bərpası qərarından məmnundur: "İndi çatışmayan yeganə şey azarkeşlərdir. Hesab edirəm ki, onlar iyuldan etibarən tədricən stadionlara qaytarılmalıdır".

Martda koronavirus pandemiyası səbəbindən dayandırılan İtaliya A Seriyası iyunun 20-də "Torino" - "Parma" oyunu ilə bərpa olunacaq.

Qeyd edək ki, turnir cədvəlinə 26 turdan 63 xal toplayan "Yuventus" başçılıq edir. 62 xalı olan "Latsio" 2-cidir. "İnter" isə 54 xalla 3-cü pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Canni De Byazi İtaliya A Seriyası ilə bağlı proqnoz verib
İtaliyada yeni sistem - pley-off
Futbol Avropanın yaşıl meydanlarına qayıdır - Tarixlər açıqlandı
PFL qərar verir - Çempionat iyunun 17-də başlayır
A Seriyası bərpa edilir! - İş gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər