reklam
Sportfm.az xəbər saytı

"İnter" ölkə kubokunda rəqibini nəyin hesabına məğlub edib -QEYDLƏR


* Zaur Svanadze yenə də ənənəvi taktiki sxeminə sadiq qalsa da, heyətdə bəzi dəyişikliklər etmişdi. Orxan Sadıqlı "İnter”İn heyətində debüt edirdi, Tərlan Quliyev sol cinah müdafiəçisi kimi sınanırdı, Rauf Əliyev isə 1 aylıq fasilədən sonra start heyətinə qayıtmışdı.

* Rəqib birinci divizion təmsilçisi olsa da, meydan sahibləri üstünlüyü ələ ala bilmirdilər. 

* "Bankirlər” yalnız oyunçularının fərdi ustalıq səviyyəsinə görə qonaqları üstələyirdilər. "İnter”in ilk qolu zamanı da Rauf Əliyev vurduğu yaxşı zərbə ilə künc zərbəsi qazandı ki, yekunda da künc zərbəsindən sonra elə özü başla hesabı açdı.

* "İnter” ikinci hissəyə təzyiqi artırmaqla başladı və üstünlüyü tamamilə ələ aldı. 

* Bu cür təzyiq və ardıcıl hücumların nəticəsi özünü çox gözlətmədi: 51-ci dəqiqədə Ruslan Abışov, 53-cü dəqiqədə isə Rauf Əliyev fərqləndi.

* Bundan sonra tempi aşağı salan "İnter” rəqibin irəli çıxmasından istifadə edərək, 60-cı dəqiqədə sürətli əks-hücumdan sonra Ağabala Ramazanovla daha bir qol vurdu. 76-cı dəqidə isə Ruslan Abışov cərimə zərbəsindən "dubl”unu rəsmiləşdirdi.

"QARADAĞ LÖKBATAN”

* Azər Bağırov "İnter”in mərkəzdə sıxlıq təşkil etdiyini və bütün hücumlarını da buradan qurduğunu nəzərə alaraq, 4-1-4-1 taktiki sxemini seçmişdi.

* Mərkəzdəki Məhəmməd-Emin-Elgiz-Rüfət dördlüyü həm hücumlara fəal qoşularaq ön xətdə rəngarənglik yaratmalı, həm "İnter”in müdafiədən çıxmasına mane olmalı, həm də rəqibin hücumları zamanı zona üzrə dərhal geri çəkilməli idi.

* Futbolçular baş məşqçinin tapşırıqlarını tam olmasa da, bacardıqları qədər yaxşı yerinə yetirməyə çalışırdılar.

* "Qaradağ Lökbatan” heç nədən çəkinməyərək, "İnter”lə başa-baş mübarizə aparırdı. 

* Qonaqlar əks-hücumlardan da yaxşı istifadə etməyə çalışırdılar. Belə epizodların birində Məhəmməd Xəlilovun gözəl qol vurmasına yalnız qapıçı Orxan Sadıqlının seyvi mane oldu.

 * İkinci hissənin əvvəllərində komandalar arasında səviyyə fərqi özünü açıq-aşkar göstərməyə başladı. "İnter”in təzyiqi qarşısında lökbatanlılar çox böyük çətinlik çəkirdilər.

* Buraxılan 3-cü qoldan artıq məğlubiyyətlə barışan qonaqlar hücumlara daha böyük qüvvə ilə çıxaraq, heç olmasa təsəlli qolunu vurmağa çalışdılar. 

* Bu addım komandanın topa daha çox nəzarət etməsi ilə nəticələnsə də, müdafiədə də boşluqlar yaradırdı. 

* "Qaradağ Lökbatan” 67-ci dəqiqədə penaltini boşa versə də, yalnız 90+1-ci dəqiqədə təsəlli qolunu vurmağa nail oldu: Məhəmməd Alıyev fərqləndi. Qeyd edim ki, bu qolda baş məşqçi Azər Bağırovun dəyişiklikləri də müəyyən rol oynadı. 60-cı dəqiqədə Sabir Allahquliyev - Aydın Qasımov, 84-85-ci dəqiqələrdə isə Cömərd Baxşəliyev - Nakim Vəliyev, Rüfət Məmmədov - Məhəmməd Alıyev əvəzetmələrindən sonra komandanın taktiki düzülüşü belə şəkil almışdı:
 

Samir Vəliyev, futbol eksperti.

Oxşar xəbərlər

"Neftçi" 8-ci qələbəsini necə qazandı? - TAKTİKİ TƏHLİL
"İnter" niyə məğlub olub?
"Neftçi" "İnter"i necə cəzalandırdı?
"İnter" liderdən necə xal aldı?
"Kəpəz" kubokda niyə məğlub oldu?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər