Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Dinamo"nun əfsanəvi qapıçısı karyerasını başa vurub
Kiyev "Dinamo”sunun qapıçısı Aleksandr Şovkovski karyerasını bitirib.
Sportfm.az xəbər verir ki, bu haqda 41 yaşlı qolkiperin özü açıqlama verib: "Hər şeyin əvvəli olduğu kimi sonu da var. Mənim də 20 ildən artıq davam edə karyeram artıq başa çatdı. Bu illər ərzində "Dinamo”nun formasını geyinməkdən məmnunam. Karyeram ərzində qələbələr də, məğlubiyyətlə də olub. Artıq klub və azarkeşlərlə vidalaşmaq zamanıdır”.
Qeyd edək ki, veteran qapıçı bütün karyerasını "Dinamo”da keçirib. Kiyev klubunun heyətində o, 14 dəfə ölkə çempionatının, 11 dəfə ölkə kubokunun, 6 dəfə ölkə superkubokunun qalibi olub. Ukrayna yığmasında Şovkovski 92 oyun keçirib.
Oxşar xəbərlər
"Onlar işğalçıya qardaşlıq edib" - Şovkovski
Kiyev "Dinamo"sunun forvardı Azərbaycan klubunda
Millinin sabiq üzvü karyerasını bitirdi
Kiyev "Dinamo"su növbəti kubokunu qazandı
Son çempion ölkə kubokundan əlavə daha bir trofey qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası