Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Roman Qriqorçukun son oyunlardakı rotasiyası
Ənənəvi 4-2-3-1 taktiki sxeminə güvənən Tərlan Əhmədov meydana optimal heyəti buraxmışdı. Üstəlik, yeni transfer Sadio Tounkaranın da adı 18-liyə salınmışdı.

Roman Qriqorçukun son oyunlardakı rotasiyası yenə davam edirdi. Bu dəfə müdafiənin sağ cinahında limitə görə heyətə düşən Qismət Alıyev çıxış edirdi. Hərçənd oyunun gedişində o, bir müddət Ürfan Abbasovla yerini dəyişərək, sol cinaha da keçdi.

Bu oyunda AZAL-a hökmən ən azı 2 qol vurmaq lazım olmasına, "Qəbələ”yə isə heç-heçənin belə kifayət etməsinə baxmayaraq, hər 2 komanda öz oyun üslubuna sadiq qalmışdı. Yəni Qriqorçukun yetirmələri ilk dəqiqələrdən xoşbəxtliyi rəqib qapısı qarşısında axtarmaqda, AZAL isə müdafiədə oturub, öz şansını gözləməkdə idi.
Tərlan Əhmədov komandasına müdafiədə sıx oynamağı və "Qəbələ” futbolçularının öz fərdi bacarıqlarından istifadə etməsinə imkan verməməyi tapşırmışdı. Top ələ keçirildikdə isə kiçik ötürmələrlə hücumlar qurub, ön xətdə boş zonalara açılmış futbolçulara sürətli ötürmələr edilməli idi. İlk yarıda futbolçular baş məqçinin tapşırıqlarını heç də pis yerinə yetirmirdilər. Nəticədə AZAL "Qəbələ” ilə başabaş mübarizə aparır, rəqibin üstünlüyü ələ keçirməsinə imkan vermirdi. Lakin hissənin sonlarından etibarən "Qəbələ” hücumlarının intensivliyini və kəsərini artırmağa başladı. İkinci yarıya da eyni templə başlayan qonaqlar çox keçmədən hesabı aça bildilər. AZAL müdafiəçilərinin ani diqqətsizliyindən yararlanan Asif Məmmədov çox vacib qol vurdu.
Tərlan Əhmədov buraxılan qoldan sonra Kvirtiyanın əvəzinə Tounkaranı "döyüşə atdı”, az sonra isə Koronadonu Kamal Mirzəyevlə əvəzlədi. Lakin bu dəyişikliklər effekt vermədi. Əksinə, "Qəbələ” hesabı açdıqdan sonra daha bir neçə dəfə real qola yaxın oldu. Roman Qriqorçukun 2 gənc futbolçu – 20 yaşlı Ramil Həsənovla 17 yaşlı Fərid Nəbiyevi meydana buraxması da diqqətçəkən məqamlardan idi.
Maraqlıdır ki, AZAL-a ən azı 2 qol vurmaq lazım olsa da, Tərlan Əhmədov risk etməyi düşünmədi və sonacan 4-2-3-1 sxeminə sadiq qaldı. Bununla belə, David Canelidzenin əvəzinə Röyal Nəcəfovun meydana çıxması AZAL-ın oyununda müəyyən canlanma yaratdı. Oyuna yaxşı qoşulan Röyal rəqibin müdafiə xəttinin gərginlikdə saxlanılması və komandasının fərqlənməsi üçün əlindən gələni etdi. Lakin AZAL nəinki oyunu əlavə vaxta daşımağı, heç bərabərlik qolunu vurmağı da bacarmadı.
Samir Vəliyev, futbol eksperti/Extratime.az
Oxşar xəbərlər
"Neftçi" 8-ci qələbəsini necə qazandı? - TAKTİKİ TƏHLİL
"İnter" niyə məğlub olub?
Qriqorçuk Qurbanovu nədə üstələdi?
Qriqorçuk nədə səhv etdi?
"Kəpəz" nədə səhv etdi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası