reklam
Sportfm.az xəbər saytı

"Barselona" bəyanat yaydı -Növbəti gərginlik


İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi gələcək taleyi ilə bağlı tezliklə açıqlama verəcək.

Sportfm.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, bu, argentinalı hücumçunun əmək haqqısına dair "El Mundo"da dərc olunmuş informasiya ilə bağlıdır. Həmin məqalədə bildirilir ki, Messi 2017-ci ildə 4 illik müqavilə imzalaması qarşılığında ümumilikdə 555 milyon avro qazanmalı imiş.

Bu informasiyanın mətbuata sızması "Barselona"nın rəhbərliyini qəzəbləndirib. Rəhbərlik dəyə biləcək zərərlə bağlı "El Mundo"ya qarşı hüquqi tədbirlər görəcəyini bəyan edib.

"Barselona" Messiyə tam dəstək verib və onun imicini, dünyanın ən yaxşı futbolçusu kimi yetişdiyi klubla münasibətlərini zədələmək cəhdlərinə qarşı çıxıb.

Oxşar xəbərlər

4 ilə 555 milyon avro - Messinin müqaviləsi
Messi "Mançester Siti" ilə anlaşdı - 700 milyon avro
Messiyə fantastik təklif - İllik 50 milyon avro
Messi qərar verəcək - "El-Klasiko"da oynayacaqmı?
Messiyə 100 milyon təklif etdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər