Löv millidən ayrılır -RƏSMİ
Almaniya millisinin baş məşqçisi Yoahim Löv bu yay keçiriləcək Avropa çempionatının sonunda istefa verəcək.
Sportfm.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytında məlumat yayıb.
61 yaşlı mütəxəssisin müqaviləsi DÇ-2022-nin əvvəlinə kimi hesablanmışdı. Bildirilib ki, baş məşqçi özü müqavilənin müddətini qısaltmağı xahiş edib və ittifaq onunla razılaşıb.
Qeyd edək ki, Löv 2006-cı ildən bəri Almaniya millisii çalışdırır. Milli komanda onun rəhbərliyi altında 2014-cü ildə dünya çempionu olub. Yığma Avropa çempionatının gümüş və iki dəfə bürünc mükafatçısı və dünya çempionatının bürünc mükafatçısı olub. Löv 2017-ci ildə komanda ilə Konfederasiyalar Kubokunu qazanıb.
Oxşar xəbərlər
Avropa çempionatının mükafat fondu artırıldı - 1 milyon avro
Ağır atletlər cəzalandırıldı - Rusiyada
Azərbaycan millisinin yeni baş məşqçisi kim olacaq? - 2 NAMİZƏD
Yoahim Löv Almaniya millisinin tarixinə keçdi
Millimizin rəqibində yeni müqavilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası