Olimpiadada çıxış edəcək cüdoçularımız -SİYAHI
Azərbaycanı Tokio Yay Olimpiya Oyunlarında təmsil edəcək cüdoçuların adları açıqlanıb.
Sportfm.az xəbər verir ki, kişilərdən ibarət komandada 66 kq çəki dərəcəsində Avropa çempionu Orxan Səfərova üstünlük verilib. Bu çəkidəki daha təcrübəli cüdoçu Nicat Şıxəlizadə isə yığmanın kapitanı təyin olunub və məşqlərdə Səfərovun sınaqçı rəqibi kimi Yaponiya paytaxtına yollanacaq.
Beləliklə, kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiye (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauriyə (+100 kq) yer verib.
Qadın cüdoçular Aişə Qurbanlı (48 kq) və İrina Kindzerska (+78 kq) isə baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Tokioya İyulun 14-də və 18-də yollanacaqlar. Rüstəm Orucov həm də iyulun 23-də keçiriləcək açılış mərasimində bayraqdar funksiyasını yerinə yetirəcək. Olimpiadada cüdo yarışları 24 - 31 iyulda keçiriləcək.
Oxşar xəbərlər
Cüdoçularımızın ilk rəqibləri bilindi - Tokio-2020
Azərbaycan cüdo tarixində bir ilk - Bütün çəkilərdə lisenziya
Cüdoçularımızın ilk rəqibləri məlum oldu - Avropa çempionatı
Avropa Oyunlarında Azərbaycanı 15 cüdoçu təmsil edəcək
Avropa Oyunlarına 13 cüdoçu ilə yollanırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası