reklam
Azərbaycanda 15 yaşlı futbolçu hakimi söydü, cəzaya məruz qaldı -
Sportfm.az xəbər saytı

Azərbaycanda 15 yaşlı futbolçu hakimi söydü, cəzaya məruz qaldı -Olay


AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağı yaş qrupları üzrə keçirilmiş oyunlar zamanı qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

Sportfm.az xəbər verir ki, 4 nəfər təhqiramiz ifadə işlətməsi səbəbindən sərt cəzaya məruz qalıb ki, onlardan ikisi məşqçidir.

U-15 Liqasının “Cənub Elit” – “Turan Tovuz” oyununda ikincilərin çalışdırıcısı Kamal Ələkbərov hakimi təhqir etdiyindən qarşıdakı 5 görüşdə texniki zonadakı yerini ala bilməyəcək.

Həmin liqanın “Neftçi” – “Səbail” oyununda isə qonaqların iki üzvü eyni addıma əl atıb. Əvvəlcə 76-cı dəqiqədə futbolçu Yusif Əhmədli hakimi, ondan iki dəqiqə sonra isə köməkçi məşqçisi Ramiz Hüseynov hakimlər briqadasını söydüyü üçün diskvalifikasiya olunub. Əhmədli 4, Hüseynov isə 5 oyunluq cəzaya məruz qalıb.

Bundan başqa, futzal üzrə Yüksək Liqanın “Araz” – “Xilə” FK qarşılaşmasında rəqibi təhqir edən “Xilə”nin oyunçusu Sabir Hacıəlizadəyə 3 oyunluq cəza kəsilib.

Oxşar xəbərlər

Ramal Hüseynov futboldan uzaqlaşdırıldı
Hakimi təhqir edən futbolçu cəzalandırıldı - AFFA
Baş məşqçiyə 21 oyunluq cəza - Hakimi təhqir etdiyi üçün
"Neftçi"nin baş məşqçisinə sərt cəza
Hakimi söyən məşqçiyə 5, futbolçuya 4 oyunluq cəza verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər