Pley-off mərhələsinin oyunlarına start verilir -Konfrans Liqası
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarına start veriləcək.
Sportfm.az xəbər verir ki, 8 qarşılaşmanın hamısı eyni gündə keçiriləcək.
Azərbaycan futbolu tarixində ilk dəfə qrup mərhələsini adlayan "Qarabağ" bu raundda Fransa "Marsel"inin qonağı olacaq. "Velodrom" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Gecənin maraqla gözlənilən oyunlarından biri Türkiyədə baş tutacaq. Ölkənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" Çexiyanın "Slaviya" (Praqa) komandasını qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
UEFA Konfrans Liqası, pley-off mərhələsi
İlk oyunlar
17 fevral
21:45. PSV (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail)
21:45. "Fənərbağça" (Türkiyə) - "Slaviya" (Praqa, Çexiya)
21:45. "Midtüllan" (Danimarka) - PAOK (Yunanıstan)
21:45. "Rapid" (Vyana, Avstriya) - "Vitess" (Niderland)
00:00. "Marsel" (Fransa) - "Qarabağ" (Azərbaycan)
00:00. "Lester" (İngiltərə) - "Randers" (Danimarka)
00:00. "Seltik" (Şotlandiya) - "Budyo Qlimt" (Norveç)
00:00. "Sparta" (Praqa, Çexiya) - "Partizan" (Serbiya)
Qeyd edək ki, komandalar arasında cavab matçları fevralın 24-də olacaq.
Oxşar xəbərlər
1/4 final mərhələsinin ilk oyunları başlayır - Konfrans Liqası
Son 2 mərhələnin püşkü atıldı - Konfrans Liqası
Pley-off mərhələsinin püşkü atıldı - “Qarabağ” “Marsel”ə qarşı
"Qarabağ"ın pley-offdakı rəqibi məlum olacaq - Konfrans Liqası
1/8 final və pley-off mərhələsinin növbəti iştirakçıları bilinəcək - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası