1/8 finalın püşkü atılacaq -Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Sportfm.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Püşkatmada iştirak edəcək 16 komandadan 8-i qrup qalibi kimi səpələnmişlər, 8-i isə qrup ikincisi olaraq səpələnməmişlər səbətində yer alıb.
Səpələnməmişlər qrupunda yer alan komandalar ilk matçlarını səfərdə keçirəcəklər.
Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2022-ci il 15-16 və 22-23 fevralda, cavab qarşılaşmaları 8-9 və 15-16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
Səpələnmişlər
"Ayaks" (Niderland)
"Bavariya" (Almaniya)
"Liverpul" (İngiltərə)
"Lill" (Fransa)
"Mançester Siti" (İngiltərə)
"Mançester Yunayted" (İngiltərə)
"Real Madrid" (İspaniya)
"Yuventus" (İtaliya)
Səpələnməmişlər
"Atletiko" (Madrid, İspaniya)
"Benfika" (Portuqaliya)
"Vilyarreal" (İspaniya)
"Zaltsburq" (Avstriya)
"İnter" (İtaliya)
PSJ (Fransa)
"Sportinq" (Portuqaliya)
"Çelsi" (İngiltərə)
Oxşar xəbərlər
1/8 finalın püşkü atılır - Çempionlar Liqası
1/8 finalın püşkü atılacaq - Çempionlar Liqası
1/8 final mərhələsinin püşkü yenidən atıldı - Çempionlar Liqası
1/8 final mərhələsinin püşkü atıldı - Çempionlar Liqası
ÇL-də 1/8 finalın püşkatmasının vaxtı məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası