reklam
1/8 finalın püşkü atılacaq -
Sportfm.az xəbər saytı

1/8 finalın püşkü atılacaq -Çempionlar Liqası


Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Sportfm.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşkdə qrup mərhələsinin birinciləri səpələnmişlər, ikinci yerin sahibləri səpələnməmişlər səbətində yer alacaq.

 Səpələnmişlər səbətində yer alan komandalar cavab oyununu evdə keçirəcək.

UEFA Çempionlar Liqası
1/8 final


Səpələnmişlər: "Bavariya" (Almaniya), "Benfika", "Portu" (Portuqaliya), "Çelsi", "Mançester Siti", "Tottenhem" (hamısı İngiltərə), "Napoli" (İtaliya)

Səpələnməmişlər: "Brügge" (Belçika), "Borussiya" (Dortmund), "Ayntraxt", "Leyptsiq" (hamısı Almaniya), "İnter", "Milan" (hər ikisi İtaliya), "Liverpul" (İngiltərə), PSJ (Fransa)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 14-15 və 21-22 fevralda, cavab matçları isə 7-8 və 14-15 martda olacaq.

 

Oxşar xəbərlər

1/8 finalın püşkü atılır - Çempionlar Liqası
Siyahıda 16 komandanın adı var - Çempionlar Liqası
1/8 finalın püşkü atılacaq - Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması olacaq
ÇL-də 1/8 finalın püşkatmasının vaxtı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər