reklam
Sportfm.az xəbər saytı

"Azərbaycanlı" Reskini "reski" məğlub etdilər


Azərbaycan badmintonçusu Edi Reski Dviçayo İsveçrənin Bazel şəhərində keçirilən “YONEX Swiss Open 2022” turnirində çıxışını yekunlaşdırıb.

Sportfm.az xəbər verir ki, mübarizəyə təsnifat mərhələsindən başlayan Edi 3 set davam edən görüşdə finlandiyalı rəqibi Heino İkkaya 2:1 (21-19,19-21,21-18) qalib gələrək kişi badmintonçuların şəxsi yarışında turnirin əsas mərhələsinə yüksəlib.

1/16 finalda kanadalı Yanq Brianla qarşılaşan badmintonçumuz ilk setdə rəqibinə 12-21 hesabı ilə uduzsa da, ikinci seti 21-18 hesablı üstünlüklə başa vurub. Kanadalı idmançı oyun zamanı dizindən zədə aldığından görüşü davam etdirə bilməyib. Beləliklə, Edi elit seriyalı turnirdə 1/8 finala yüksəlib. Lakin Dviçayo bu mərhələdə hindistanlı Samir Vermaya 0:2 (21-23,7-21) hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Oxşar xəbərlər

Maltada 3 medal - “Malta International 2022”
İdmançımız mübarizəni dayandırdı
Badmintonçumuz beynəlxalq turnirdə növbəti mərhələyə yüksəldi
Badmintonçumuz dörddəbir finalda
Badmintonçularımız beynəlxalq turnirdə iştirak etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər