reklam
İdmançımız mübarizəni dayandırdı
Sportfm.az xəbər saytı

İdmançımız mübarizəni dayandırdı


Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tailandın paytaxtı Banqkok şəhərində keçirilən “HSBC BWF World Tour Super 500” seriyalı “Tailand Open-2022” turnirində çıxış edib.

Sportfm.az xəbər verir ki, nüfuzlu turnirin təsnifat mərhələsindən 1/16 finala vəsiqə qazanan Edi bu mərhələdə kişi badmintonçuların şəxsi reytinqində 6-cı sırada qərarlaşan Malaziya təmsilçisi Li Zi Jia ilə qarşılaşıb.

İlk setdə rəqibinə ciddi müqavimət göstərən badmintoçumuz rəqibinə 19-21 hesabı ilə uduzub. İkinci seti aşkar üstünlüklə (9-21) bitirən Li Zi Jia turnirin 1/8 finalına vəsiqə qazanıb.

Təsnifat mərhələsində 2 qələbə qazanan Edi hesabına 2220 reytinq xalı yazdırıb.

Oxşar xəbərlər

Maltada 3 medal - “Malta International 2022”
"Azərbaycanlı" Reskini "reski" məğlub etdilər
Azərbaycanlı Ezmi səkkizdəbir finalda mübarizəni dayandırdı
Çexiyada badmintoçularımız nə etdi?
Badmintonçularımız beynəlxalq turnirdə iştirak etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər