Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dünya futbolunun sabiq ulduzları Bakıya gələcək -FOTO
Azərbaycan Futnet Federasiyasının baş katibi Əfqan Həmzəyev Birləşmiş Ərəb Əmirliklərinin idman nazirinin xüsusi dəvəti ilə bu ölkəyə yollanıb.
Sportfm.az xəbər verir ki, o, dünya futbolunun sabiq ulduzlarının Dubay şəhərində təşkil ediləcək şou xarakterli qarşılaşmanı izləyəcək. Dünya Futvole Federasiyasının da baş katibi olan Həmzəyev həmin görüşdə qalib gələcək tərəfə mükafatları təqdim edənlər sırasında olacaq.
Səfər zamanı beynəlxalq qurumun rəsmisi Bakıda keçiriləcək futvole üzrə dünya çempionatında ulduz oyunçuların iştirakı ilə bağlı məsələləri də müzakirə edəcək.
Qeyd edək ki, hazırda karyerasını bitirmiş bir çox ulduz top ustası futvole ilə məşğul olur.

Oxşar xəbərlər
Dubayda Dünya Çempionatının seçmə mərhələ turniri start götürdü - FOTO
Dubay, Batumi, Arsuz.... Yarışların təqvimi açıqlandı
“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət
Baş katib dünya futbolunun ulduzlarıyla - FOTOLAR
Romario və Ronaldinyo Azərbaycana gələcək? - Dəvət
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası