reklam
Rusiyalılar 5 ildən sonra medal qazandı
Sportfm.az xəbər saytı

Rusiyalılar 5 ildən sonra medal qazandı


Rusiyalı fiqurlu konkisürənlər Aleksandra Boykova və Dmitri Kozlovski Fransada keçirilən turnirdə gümüş medal qazanıblar. Bu, rusiyalı idmançıların son 5 ildə fiqurlu konkisürmə üzrə Qran-pri yarışlarında qazandıqları ilk medaldır.

Sportfm.az xəbər verir ki, Boykova və Kozlovski sərbəst proqramda 121,81 xal, ümumi nəticədə isə 197,66 xal toplayıblar.

Gürcüstanı təmsil edən Anastasiya Metelkina və Luka Berulava 204,65 xalla birinci yeri tutublar.

Qeyd edək ki, iyunun 30-da Beynəlxalq Konkisürmə İttifaqı (ISU) rusiyalı idmançıların neytral statusda yarışlarda iştirakına icazə verib. Qərar fiqurlu konkisürmə, şort-trek və sürətli konkisürmə növlərini əhatə edir.

Aleksandra Boykova və Dmitri Kozlovski daha əvvəl 2021-ci ildə keçirilən dünya çempionatının bürünc medalını qazanıblar. Cütlük 2020-ci ildə isə Avropa çempionu olub. Bu ilin yayında ISU onlara beynəlxalq yarışlarda iştirak etmək üçün neytral status verib.

Oxşar xəbərlər

Rusiyalı gimnastlarla bağlı məhdudiyyətlər aradan qaldırıldı - QƏRAR
Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək - Qış Olimpiya Oyunları
Arina Dünya Çempionatında çıxış edəcək - UĞUR
Beynəlxalq Konkisürmə İttifaqından Rusiya idmançılarına yaşıl işıq
Erməni əsilli qızdan yeni dünya rekordu! - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər