reklam
İki güləşçimiz 1/4 finalda -
Sportfm.az xəbər saytı

İki güləşçimiz 1/4 finalda -Dünya çempionatı


Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri növbəti görüşlərini keçiriblər.

Sportfm.az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli 1/8 finalda norveçli Morten Toreseni tam üstünlüklə (11:0) məğlub edərək 1/4 finala yüksəlib.

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov da 1/4 finala yüksəlib. O, 1/8 finalda Aleksandr Xryuşini (Ukrayna) 7:1 hesabı ilə məğlub edib. Cəfərov 1/4 finalda Han Jae Chung (Cənubi Koreya) ilə qarşılaşacaq.

87 kq-da mübarizə aparan İslam Abbasov isə 1/8 finalda bolqarıstanlı Olimpiya çempionu Semyon Novikova 5:6 hesabı ilə uduzaraq dünya çempionatında çıxışını başa vurub.

Qeyd edək ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

Oxşar xəbərlər

Eldəniz Əzizli 5-ci dəfə dünya çempionu oldu
Eldəniz Əzizli 5-ci dəfə dünya çempionu ola bilər
İki güləşçimiz finalda - Avropa Çempionatı
Güləşçimiz Dünya Çempionatında finalda
Daha bir güləşçimiz qızıl medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər