Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Tanınmış hakim karyerasını bitirdi -46 yaşında
Tanınmış türkiyəli hakim Cüneyt Çakır karyerasını bitirib.
Sportfm.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlamasında deyib.
"Cüneyt Çakır saysız-hesabsız böyük turnirlərdə Türkiyəni uğurla təmsil edib. Onun karyerasını bitirməklə bağlı müraciəti federasiya və Hakimlər Komitəsi tərəfindən müsbət qarşılandı. Çakır üçün vida matçı təşkil etmək istəyirik” - deyə Böyükekşi bildirib.
Qeyd edək ki, 46 yaşlı Çakır 2006-cı ildən FİFA referisi idi. Ötən mövsümün ikinci yarısından Türkiyə Superliqasının oyunlarına təyinat almayan Çakır DÇ-2022-dən də kənarda qalmışdı.
Oxşar xəbərlər
Məşhur futbol hakimi karyerasını bitirdi - Qərara etiraz
Türk hakimdən rekord göstərici - 9 matç
Türk hakimə 5 milyonluq təklif
Argentinalıların taleyi türkün əlindədir
2 mundialdakı ilk türk - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası